1 Kasım 2012 Perşembe

WEB saytlarin yaradilmasi


1.4.1. Web saytların yaradılması
         Web sayt uzaq məsafədə, lokal şəbəkədə yerləşən Web serverlərdə və ya lokal kompüterdə yaradılır. Uzaq məsafədə yerləşən serverdə saytın yaradılması üçün İnternetin FTP     xidmətindən istifadə olunur. Lakin bu xidmət pullu
olduğundan, Web sayt adətən lokal şəbəkədə yerləşən Web  serverdə və ya lokal kompüterdə yaradılır. Sayt local kompüterdə yaradılıb testdən keçirildikdən sonra İnternet   şəbəkəsi və ya uzaq məsafədən qoşulma vasitəsilə uzaq məsafədə yerləşən Web serverə köçürülür. Web sayt yaratmaq üçün ilk öncə sayt təyin edilməlidir.  Yeni sayt təyin etmək üçün kursoru proqram yükləndikdə(DreamweaverMX)
açılan proqramla iş rejimi panelinn Create New bölməsində yerləşən Dreamweaver Site sətrinin üzərinə qoyub siçanın sol düyməsini sıxmaq lazımdır1. Bu zaman Site Definition usta rejiminin ilk pəncərəsinin What would you like to name your site? sahəsində sayta ad vermək, Next düyməsini sıxıb növbəti pəncərədə saytın yaradılmasında server texnologiyalarının    istifadə olunub-olunmamasını və əgər istifadə olunarsa konkret   texnologiyanı müəyyən etmək və yenidən Next düyməsini   sıxmaq lazımdır (şək.4-5).
Şək.4.
Şək.5.
Usta rejiminin növbəti pəncərəsində redaktə rejiminin sənədlərinin birbaşa serverdə və ya lokal kompüterdə yaradılıb  redaktə olunması rejimini seçdikdə saytın yerləşəcəyi əsas    qovluğun ünvanını müvafiq olaraq Where on Your computer    do you want to store yur files və ya Where are your files on the
network? sahəsinə daxil etmək və ya qovluq nişanlı düyməni sıxmaqla açılan pəncərədə əks olunan fayl strukturundan müəyyən olunmalıdır. Əgər yeni qovluq yaradılması tələb olunursa Create New Folder düyməsini sıxmaq, qovluğa ad
verib Save və ya Soxranitğ düyməsini sıxmaq lazımdır. Sonrakı pəncərədə serverlə əlaqə forması How do you connect to your remote server? açılan siyahıdan müəyyən olunmalıdır. Seçilmiş əlaqə formasına müvafiq olaraq qoşulma parametrləri  əyyən olunmalı və Next düyməsi sıxılmalıdır (şək.6-7).
Nəhayət informasiya xarakterli sonuncu pəncərə açılır və onun Done düyməsini sıxdıqda sənəd pəncərəsinin sağ tərəfində Sayt panelində saytın əsas qovluğu əks olunacaq.
şək.6
şək.7
Sayt müəyyən olunduqdan sonra saytın tərkibnə daxil olan Web səhifələr, server əlavələri, kaskadlı stil cədvəlləri və s. yaradılmalıdır. Adətən, sayt yaradıcılığında iki üsul tətbiq  edilir:     1)İlk öncə saytın strukturu-qovluqlar və Web sənədlərin
yerləşmə ardıcıllığı müəyyən olunur və sonradan hər bir Web   səhifənin və ya server əlavəsinin tərtibatı ilə məşğul olurlar.  2)Birbaşa saytın tərkibinə daxil olan Web sənədlərin  yaradılmasına başlayırlar və bu yaradılma prosesi sona çatdıqda
saytın strukturu formalaşır.  Saytın strukturunu əvvəlcədən müəyyən etmək üçün
sayta bu strukturu təşkil edən qovluqlar və Web-səhifələr əlavə etmək lazımdır. Sayta qovluq əlavə etmək üçün File panelində kontekst menyunun New Folder əmrini yerinə yetirmək və    qovluğa ad vermək lazımdır. Qeyd edək ki, qovluq əsas qovluq və ya yaradılmış yeni qovluq daxilində yaradıla bilər. Yeni
Web səhifə yaratmaq üçün isə File panelində kontekst  menyunun New File əmrini yerinə yetirmək və sənədə unikal  ad vermək lazımdır. Həmçinin paneldə kontekst menyunun EDITDelete əmrini yerinə yetirməklə qeyd olunmuş
qovluqları və sənədləri ləvğ etmək, EDITRename əmrini yerinə yetirməklə qeyd olunmuş qovluğun və sənədin adını    dəyişdirmək olar. Qovluq və ya faylın yerini dəyişmək üçün onları qeyd etmək və tələb olunan yerə sürüşdürmək lazımdır. Sayta kompüterdə və digər informasiya daşıyıcılarında olan
Web-səhifələri əlavə etmək üçün ilk öncə panelin Local Files   siyahısından informasiya daşıyıcısını seçib (Desktop, Floppy disk 3.5(A), Local disk (C), CD-ROM(D) və s.), daşıyıcıda  yerləşən tələb olunan Web səhifələri qeyd etmək, kontekst    menyunun Copy əmrini yerinə yetirib, onların surətini mübadilə buferinə köçürmək, panelin Local Files siyahısından   saytı seçmək və kontekst menyunun Paste əmrini yerinə yetirmək lazımdır.Saytın strukturunu müəyyən etdikdən sonra ilk öncə əsas səhifə əyyən olunmalıdır. Bunun üçün səhifə qeyd
olunduqdan sonra kontekst menyunun Set as Home Page əmri yerinə yetirilməlidir. Saytda səhifələrarası əlaqələri təyin etmək üçün File panelinin rejim siyahısından Mape View seçməklə, saytın xəritəsi rejimini müəyyən etmək lazımdır. Əsas səhifə  xəritədə əks olunacaqdır. Sonradan əsas səhifəni qeyd etmək
və kontekst menyunun Link to Existing File əmrini yerinə   yetirmək, Select HTML Link dialoq pəncərəsində istinad    olunacaq sənədi seçmək lazımdır. Yeni sənədlərlə əlaqə  yaratmaq üçün isə kontekst menyunun Link to New File əmrini
yerinə yetirmək və açılan dialoq pəncərəsində müvafiq olaraq   sənədin ünvanını, sərlövhəsini, və istinad mətnini daxil etmək  lazımdır (şək.8). Eyni qayda ilə sənədlər arasında hiperəlaqələr müəyyən olunur.
İkinci üsulla sayt yaratdıqda hər yeni Web sənəd yaratmaq üçün FileNew əmrini yerinə yetirib, açılan eyniadlı dialoq pəncərəsinin General bölməsinin Category sahəsində sənəd   növünü və sənəd növünə uyğun şablonu seçmək, sənədin
XMTL dilində yaradılması tələb olunarsa Make document   XMTL compilant parametrini seçmək və Create düyməsini   sıxmaq lazımdır (şək.9). Sənəd həmçinin istifadəçi tərəfindən    yaradılan şablon əsasında da yaradıla bilər. Bunun üçün dialoq pəncərəsinin Templates bölməsinə daxil olub, müvafiq şablonu
seçib Create düyməsini sıxmaq lazımdır.

şək8
şək.9

2 yorum:

  1. Cooox tewekkur edirem yazdiqlarina gore

    YanıtlaSil
  2. web sehufellerinin yaradilmasi ile eyni seydi bu yazdiginiz melumatlar yoxsa ayri ayri seylerdi?

    YanıtlaSil