Bizim mütəxəssislərimiz 50-dən artıq uğurlu layihəyə
imza atmışlar.
Saytın hazırlanma prosesini maksimum dərəcədə aydın və şəffaf göstərməyə çalışmışıq. Bu proses aşağıdakı mərhələlərdən ibarətdir:
Saytın hazırlanma prosesini maksimum dərəcədə aydın və şəffaf göstərməyə çalışmışıq. Bu proses aşağıdakı mərhələlərdən ibarətdir:
Mərhələ 1. Saytın hədəfinin təyin edilməsi, saytın
konsepsiyasının və texniki tapşırığın hazırlanması
Saytın hazırlanması onun hədəflərinin təyin
edilməsindən; saytın növünün təyin edilməsindən başlayır: korporativ sayt,
internet-kataloq, internet-mağaza, promo-sayt, informasiya portalı. Saytın
konsepsiyası - sizin saytınıza baş çəkən adamların zövqünü oxşamaq üçün, saytı
onlara maraqlı və asan qavranılan etmək üçün ideyalar toplusudur. Bu da, son nəticədə
ona gətirə bilər ki, sayt ziyarətçisi sizin müştərinizə və ya partnyorunuza
çevrilsin. Saytın konsepsiyası texniki tapşırıqda ətraflı şəkildə
aydınlaşdırılır. Texniki tapşırığı təyin edən xüsusiyyətlər isə: saytın
informasiya ilə doldurulması, onun əsas bölmələri, strukturu, informativ
blokların yerləşmə yeri, xidmətlər, istifadəçinin saytda yerinə yetirə biləcəyi
hərəkətin təyin edilməsidir.
Mərhələ 2. Dizaynın yaradılması
Dizaynın yaradılmasından əvvəl biz, güniş miqyaslı
hazırlıq işlərini həyata keçiririk: lazım olan bütün qrafik materialları
toplayırıq (loqotip, firma stilinin yaradılması qaydaları, reklam maketi. firma
bukletləri və s.), sifarişçinin fəaliyyət dairəsini analiz edirik. Dizaynın
yaradılması zamanı - saytın istifadəçi üçün rahat olması üçün biz, əvvəlcədən
usubility-testlər keçiririk. Dizayn hazır olduqdan sonra təsdiq edilmək üçün
sifarişçiyə təqdim edilir. Adətən, bəzi cüzi redaktə işləri həyata
keçirildikdən sonra dizayn qəbul edilir.
Mərhələ 3. Proqramlaşdırma
Saytın proqramlaşdırılması bizim yaradıcısı olduğumuz
Sayt İdarəetmə Sistemi (Content Management System - CMS) vasitəsilə həyata
keçirilir. CMS vsitəsilə siz sayt üzərində istədiyiniz dəyişikliyi apara
bilərsiniz: bölmələri, xəbərləri, məqalələri, məhsul kataloqunu, sifarişləri və
s. yeniləyə, əlavə edə, silə blərsiniz.
Mərhələ 4. İnformasiyanın yazılması, doldurulması
Bilindiyi kimi monitorda yazılan yazılar kağız
üzərində yazılan yazılar kimi qəbul olunmur, fərqlənir. Saytın istifadəçisi
gözlərini gəzdirərək, yalnız ona lazım olan informasiyanı tapmağa çalışır. Buna
görə də veb sayt üçün mətn yazarkən, bu xüsusiyyətləri nəzərə almaq lazımdır.
Bizim kopirayterlərimiz istənilən vaxt sizə bu işdə komək edə bilər, lazım
olduğu halda sizin istədiyiniz mövzuda mətn hazırlaya bilərlər.
Mərhələ 5. Test edilməsi
Hər bir saytın proqram təminatı - onun üçün individual
hazırlanmış məhsuldur, və bu məhsulun müştəriyə təqdim edilməzdən əvvəl ciddi
testlərdən keçirilməsinə ehtiyacı var. Biz istənilməyən və xoş olmayan
sürprizlərdən qaçmaq üçün, saytı müştəriyə təslim etməzdən əvvəl, ətraflı
yoxlayırıq, test edirik.
Mərhələ 6. İstifadəyə verilməsi
Test prosesinin başa çatmasından sonra sayt yoxlamadan
keçmək üçün müştəriyə təqdim olunur və yalnız onun təsdiq etməsindən sonra
internetdə görünür. Amma biz bununla işimizi başa çatmış hiss etmirik, biz
saytın tam dəstəklənməsini, həmçinin axtarış sistemlərində irəliləməsini həyata
keçirə bilərik. Adətən saytın hazırlanma müddəti 1 ay - 45 gün arasında
dəyişir, amma biz sizin üçün ən optimal variantda razılaşa bilərilik. Bizim
xidmətlərimizin qiyməti haqqında məlumat almaq üçün bizimlə əlaqə qurmağınızı xahiş edirik.
Mövcud vəziyyət
Azərbaycan İnterneti müxtəlif çətinliklrə baxmayaraq
tədricən inkişaf etməkdədir. Bir neçə il bundan əvvəl barmaqla sayıla bilən Web
səhifələrin sayı kifayət qədər artmışdır. Bunların arasında sadə fərdi
səhifələrlə yanaşı, iri həcmli, özündə çoxlu miqdarda məlumatlarlar saxlayan
Web portallarda var. Bu zamanın tələbi olaraq, təbii bir prosesdir.
Azərbaycanın iş adamları öz xidmət və məhsullarını virtual mühüiə çıxarmaqda maraqlıdırlar.
İri həcmli Web səhifələrin əksəriyyəti məlumat istehsal edən şirkətlərə
(müxtəlif tipli KİV-lər - qəzetlər, jurnallar, İnformasitya Agentlikləri və s.)
məxsusdur. Kompüter texnologiyalarının, o cümlədən, avadanlıqların, proqram
təminatının satışı ilə məşğul olan şirkətlər də Web səhifələrə malikdirlər.
Bununla yanaşı biznesin digər sahələrində də "internetləşmə" prosesi
gedir.
Yeni Web səhifələri yaratmaq üçün fiziki/hüquqi
şəxslər Web proqramçı/dizaynerlərə sifarişlər verirlər. Bu sahədə isə ciddi
problemlər var. Sifarişçinin Web texnologiyalardan tam xəbərsizliyi və ya səthi
məlumatlılığı ciddi problemli, bir çox hallarda sifarişçiyə maddi/mənəvi ziyan
verə biləcək səhifələrin yaranmasına səbəb olur. Yüklənmə vaxtı həddən artıq
uzun çəkən, dizaynı kəm-kəsirli olan, xakerlər tərəfindən tez-tez
"sökülən" Web səhifələr kifayət qədərdir. Bununla yanaşı
admin/moderator idarəetmə sistemi zəif olan və ya xüsusi hazırlıq tələb edən
Web səhifələrin aylarla məlumatlarının dəyişdirilməməsi və bunun nəticəsində
potensial müştərilərini itirən korporativ saytlar da mövcuddur. Azərbaycan
İnternetində belə bir vəziyyət bir çox şirkətləri(məsələn bankları) İnternet
mühütinə çıxmasını və öz Web səhifələri vasitəsilə maliyə əməliyyatlarını
aparmağı əngəlləyir.
"Web səhifələr hansı tələbləri
ödəməlidirlər?" sualını cavablandırmağa qadir olmayan sayt
sifarişçisinin əldə edəcəyi Web səhifənin problemli olacağını qabaqcadan
proqnozlaşdırmaq olar. Bu məqalə sizin sayt sifarişinizə yardım məqsədilə
yazılıb. Bütün suallarınızı forumda cavablandırmağa hazırıq.
Web səhifələr hansı tələbləri ödəməlidirlər?
Aşağıdakılar Web səhifənin layihələşdirilməsi və
yaradılmasının zəruri tələblərini əhatə edir:
- Hansı Web texnologiyalardan istifadə olunmalıdır?
- Hansı Web səhifələrdə MySQL-dən istifadə zəruriyyətə çevrilir?
- Statik və dinamik səhifələr
- Menyu hansı tələblərə cavab verməlidir?
- Web səhifənin dizaynı necə olmalıdır?
- Admin/moderator rejimləri
- Web səhifənin təhlükəsizlik məsələləri
- Web servelər hansı tələbləri ödəməlidirlər?
Sifarişçiyə bu tələblər tam aydın olandan sonra, Web
səhifəni sifariş edə bilər. Əks halda funksional Web
saytın yaradılacağına heç bir qarant yoxdur.
Hansı Web texnologiyalardan
istifadə olunmalıdır?
Web səhifələr yaratmaq üçün
çoxlu miqdarda texnoloji vasitələr-sistemlər mövcuddur və bu texnologiyalardan
yerində istifadə olunmalıdır. Əvvəl onu qeyd edə ki, Web şəbəkələr (məsələn
İnternet) HTML sənədlərlə işləmək üçün nəzərdə tutulub. Web server klient
kompüterin sorğusu əsasında HTML səhifəni ona göndərir. Bu zaman Web server ya
mövcud HTML səhifədən istifadə edir, ya da bu səhifəni dinamik olaraq yaradır.
Yalnız HTML səhifələrdən(fayllardan) ibarət Web səhifələr daha sürətlə yüklənir
və Web serveri əlavə yüklənmələrdən qoruyur. Sırf HTML səhifələr informativ,
yüksək funksionallı Web səhifələrin yaradılması üçün kifayət deyil. Yalnız HTML
səhifəli çox sadə və statik saytları bu şəkildə yaratmaq olar. Mürəkkəb,
çoxfunksiyalı, dinamik saytları yaratmaq üçün digər texnologiyalara müraciət
etmək zəruriyyəti ortaya çıxır. Apache serverlərində (bunlar Web serverlərin
80%-dən çoxunu əhatə edir) PHP və MySQL texnologiyalarından istifadə olunur.
İnternetdə mövcud saytların
böyük əksəriyyəti PHP və MySQL texnologiyaların hər ikisindən istifadə edirlər.
Bu isə bir çox hallarda özünü doğrultmur. Web proqramçılar bəzən öz işlərini
asanlaşdırmaq üçün yerli-yersiz MySQL (Verilənlər Bazasından) istifadə
edirlər. Bu Web
səhifənin sürətlə yaradılmasına yardım etsədə, digər tərəfdən
- saytın yüklənməsi
- saytın mühafizəsi
məsələlrinə ciddi problemlər yaradır. Çünkü Web
səhifələrin əksəriyyəti ictimai Web serverlərdə yerləşdirilib. Bəzən bir
serverdə yüzlərlə sayt ola bilər. Saytlara müraciətlərin sayı artan zaman
MySQL-in sürəti aşağı düşür, DDoS adlanan hacker hücumları zamanı isə MySQL
tamamilə dayana və ya sıradan çıxa bilər. İnternetdə saytların böyük
əksəriyyəti "SQL inyeksiya" adlanan metodla "sökülür".
Bütün bunları nəzərə alaraq, sayt quruculuğunda PHP/HTML cütlüyü ən ideal
variantdır. Bu metod proqramçıdan daha çox zəhmət tələb etsədə saytın
yüklənməsi, trafik, mühafizə məsələlərində doğru həlldir. PHP scriptdən
istifadə edən web-proqramçı təhlükəsizlik məsələlərini həmişə nəzərə almalı və
hackerlərə "SHELL" imkanı verməməlidir.
Web səhifənin yaradılması zamanı klient kompüter
tərəfdə işləyən, dinamik effektlər üçün istifadə olunan JavaScript-ə ehtiyac
əmələ gəlir. Bu skriptdən istifadə edərkən müəyyən təhlükəsizlik məsələlərinə
xüsusi fikir vermək lazımdır. Bu məsələlər arasında avtorizasiya, cook, Web serverə
ötürüləcək məlumatların yoxlanması və s. xüsusi önəm kəsb edir.
Hansı Web səhifələrdə MySQL-dən istifadə zəruriyyətə
çevrilir?
Bəzi Web məsələlərdə Verilənlər Bazalarından
(MySQL, Oracle və s.) istifadə etmək zəruriyyətə çevrilir. Çünki belə
məsələləri tamamilə PHP/HTML texnologiyaları əsasında həll etmək olduqca çətin
və effektivsiz olur. Verilənlər Bazasında müxtəlif məlumatları saxlayan
cədvəllər var və daxili funksiyalar vasitəsilə bir çox əməliyyatlar aparmaq
mümkündür. Müasir verilənlər bazaları SQL müraciətləri dəstəkləyir və bununla
praktik olaraq istənilən Web məsələnin çox sadə və effektiv həllinə imkan
yaradır. Amma burada "sualtı qayalarda" mövcuddur. Yuxarıda qeyd
etdiyimiz kimi, ictimai Web serverlərdə (yəni çoxlu vebsəhifəli serverlərdə)
Verilənlər Bazasından Web saytın işinə ciddi əngəl ola bilər. Əldə olan
məlumatlara əsasən deyə bilərik ik, indiyə qədər hackerlər tərəfindən
"sökülmüş" Web saytların böyük əksəriyyəti məhz Verilənlər
Bazasındakı boşluqların hesabına düşür. İctimai serverdə olan Verilənlər Bazası
ilə işləyən Web səhifələr ən çox DDoS hücuma məruz qalır. Bu səbəbdən
Verilənlər Bazasından istifadə edərəkən aşağıdakıları nəzərə almaq vacibdir:
- Verilənlər Bazalı Web səhifələri ayrıca Web serverdə yerləşdirmək lazımdır. Əgər bu mümkün deyilsə, o zaman az müştərili (yəni Web saytı) və daha sürətli Web serverdə hostinq götürmək lazımdır.
- Verilənlər Bazasına əsasən daim dəyişdirilən - korrektə olunan məlumatların yerləşdirilməsi məqsədəuyğundur. Məsələn hər hansı bankın müştərisinin hesabının və bu hesabla bağlı məlumatların və müştərilərin avtorizasiyasıla bağlı məlumatların Verilənlər Bazasında yerləşdirmək olar. Bu zaman http protokolu əvəzinə mühafizəsi yüksək olan https protokolundan istifadə etmək zəruridir.
- Saytın xüsusi tələbli (SQL müraciət, indeksləşdirmə, avtoriyzasiya və s.) hissələrini Verilənlər Bazasına yerləşdirmək lazımdır. Məsələn, böyük mətnlərin, qrafikanın və digər mürəkkəb obyektlərin Verilənlər Bazasına yerləşdirmək qəti düzgün addım deyil. Belə obyektlər serverdə ayrıca fayl kimi yerləşdirilməli, ehtiyac varsa onların link və loqlarının Bazada yerləşdirilməsi daha düzgün olardı.
- Verilənlər Bazalı Web saytların adminləri daim istifadə etdikləri bazanın yaradıcılarının saytlarını nəzatərdə saxlamalı və yeni Boşluqları (Bug) qapalımalıdırlar.
- Verilənlər Bazasına müraciətləri analiz edərək, lazımi tədbirlər görməyə qadir olan təhlükəsizik skriptlərindən istifadə etmək. Onuda qeyd etmək istərdik ki, belə mühafizə modulu TSW unversal, çoxmodullu Web sistemində realizə olunub.
- Maliyyə məsələlri ilə məsələlri ilə məşğul olan qrumlar ümumiyyətlə kənar serverlərdən istifadə etməməli, öz serverlərini yaratmalı və İnterenet bağlantı imkanlarını təmin etməlidirlər.
Ümumilikdə Verilənlər bazalasının tətbiqinə ehtiyac
əsasən Dinamik Web səhifələrdə mövcud olur. Bütün hallarda yuxarıda
sadaladığımız qaydalar nəzərə alınmalıdır.
Statik və dinamik səhifələr
Web saytlar baş səhifələrə (HOME PAGE) görə 2 növə
ayrılır:
- Statik Web səhifələr
- Dinamik Web səhifələr
Statik Web səhifələr əsasən təqdimat xarakteri daşıyıb,
təşkilat/şirkətin, mal/məhsul/xidmətlərin və digər statik obyektlərin təqdimat
səhifəsi olduğundan, baş səhifəyə təqdim olunan obyekt haqqında minimal
informasiya yerləşdirilir və linklər vasitəsilə daha geniş məlumatlara çıxış
imkanı verilir. Statik saytlara misal kimi http://www.renault-az.com resursunu göstərmək olar. Bu saytda Renault şirkətinin istehsalı olan və
Azərbaycanda satışa çıxarılan avtomobillər haqqında məlumatlar (Texniki
xarakteristikaları, komplektasiyası və qiyməti ). Bu informasiyalar yeni
Renault modeli Azərbaycana gətiriləndə dəyişdirilir və bu mənada statik
xarakter daşıyır. STOK adlanan bölmədə isə satışda olan konkret modellərin
modifikasiyaları haqda geniş məlumat yerləşdirilib. Bu məlumatlar dəyişmə
tezliyi həftədə 1-2 yeni məlumat təşkil edir.
Dinamik Web səhifələr gündəlik və hərr saat dəyişən məlumatlı saytlara aiddir. Bu
məlumatların klientlərə tez çatdırılması üçün məlumatların anonsları baş
səhifədə verilir. Məlumatların müxtəlifliyi ilə bağlı baş səhifədə bir neçə,
bəzən 10-la dinamik dəyişən seksiyalar mövcud olur. Saytın ziyarətçisi baş səhifədəki
minimal məlumatlar əsasında saytda bütün dəyişikləri nəzarətdə saxlaya bilər.
Dinamik saytların baş səhifələri kifaytət qədər böyük ölçülü ola bilər ki, bu
da öz növbəsində onun serverdən klient kompüterə yüklənmə sürətini aşağı sala
bilər. Bu səbəbdən dinamik Web saytların layihələşdirilməsi prosesi Web
proqramçılardan daha çox ditqqət və zəhmət tələb edir. Bəzi hallarda Dinamik
Web səhifələrdə Verilənlər Bazasından istifadə zəruriyyətə çevrilir. Bütün
hallarda Dinamik Web saytların dizaynı sadə və anlaşılıqlı olmalıdır. Dinamik
Web sayt kimi http://www.eiti-az.org resursuna baxa bilərsiz. Bu sayt kifaytə qədər mürəkkəb, çozxseksiyalı
Dinamik Web saytdır.
Menyu hansı tələblərə cavab
verməlidir?
Web saytın əsas
elementlərindən biri menyudur. Menyu saytın bütün məlumatlarını və
funksiyalarını əhatə etməlidir. Menyu sadə və mürəkkəb struktura malik ola
bilər. Mürəkkəb struktur bir neçə səviyyəli rejimlərdən ibarət olur. Menyunun
strukturu layihələşdirmə mərhələsində müəyyən olunur. Mürəkkəb strukturla
menyular əsasən JavaScript-də hazırlanır. Belə menyuları hazırlayan xüsusi
sistemlərdə mövcuddur (məsələn, Sothink DHTMLMenu). Amma bu şəkildə generasiya
olunmuş menyular ölçülərinə görə böyük və mürəkkəb struktura malik
olmasının hesabına gec yüklənir, bəzi hallarda səhvlərlə yüklənir. Bundan başqa
bir çox menyu skriptlərdə browserlər nəzərə alınmır. Məsələn İnternet
Explorer-də yüklənən skript, Opera-da yüklənməyə bilər, ya da səhv yüklənir. Bu
səbəbdən Web proqramçılar saytın menyusunu hazırlayarkən aşağıdakı şərtlərə
əməl etməlidirlər:
- Menyu skripti minimal ölçülü və az funksiyalı olmalıdırlar.
- İnterenetdən götürülmüş unversal xüsusiyyətli menyu skriptlər bir çox testlərdən, o cümlədən, skriptin ölçüsünə, yüklənmə sürətinə, müxtəlif browserlərdə yüklənmənin vəziyyətinə və s. fikir verməlidirlər. Və ən əsası belə skriptin kodları ciddi şəkildə analiz olunmalı və lazım olsa yeni funksiyalar əlavə olunmalı, yaxud mövcud olanlar korrektə olunmalıdır.
- Vertikal və ya horizontal menyunun seçərkən sifarişçinin istəklərilə yanaşı, yaradılacaq Web səhifənin strukturu nəzərə alınmalıdır.
- Böyük ölçülü Dinamik Web saytlarda ümumiyyətlə JavaScript-də hazırlanmış menyu skriptlərindən istifadə etmək məqsədəuyğun deyil.
Web səhifənin dizaynı necə
olmalıdır?
Web saytlar bir çox hallarda
özlərinin dizaynına görə qiymətləndirilirlər. Əlbəttə müvəffəqiyyətli Web skriptlərlə
üzvü şəkildə birləşmiş səhifələrin dizaynı önəmli məsələdir. Web saytın dizaynı
səhifəyə sərf olunan əməyin 10-15%-ni təşkil etsədə, Web texnologiyalardan
xəbərsiz olan sifarişçilər bir çox hallarda Web sayt deyəndə bu və ya digər
şəkildə "bəzədilmiş" HTML səhifələri nəzərdə tuturlar.
Web saytın dizaynı necə
olmalıdır və hansı meyarlar əsasında qurulmalıdır? Dinamik Web saytlarda dizayn
o dərəcədə sadə olmalıdır ki, saytın yüklənməsinə maneçilik törətməlidirlər.
Statik saytları isə nisbətən çox "bəzəmək" olar. Amma yaddan çıxarmaq
lazım deyil ki, "Web sayt plov deyil və yağı/bərbəzəyi artıq etməklə
onun dadını/estetik səviyyəsini qaldırmaq olsun". Dizayn saytın məzmununa
uyğun olmalı və onun görüntüsünü effektiv etmək üçün nəzərdə tutulub. Ana səhifəni
böyük ölçlü və çoxlu miqdarda baner xarakterli müxtəlif obyektlərlə
doldurmaqla, saytın ziyarətçilərinin sayını azaltmış oluruq. Statistikaya
görə saytın ziyarətçilərinin 70%-qədəri sayta baxmaq üçün 1 dəqiqədən az vaxt
sərf edirlər. Əgər ana səhifənin tam yüklənməsi 1 dəqiqədən çoxdursa - bu
avtomatik olaraq ziyarətçilərin ən azı 50%-ni itirmək deməkdir. Azərbaycan
İnterenetində "tısbağa" sürətli saytların adlarını yaza bilərdik,
amma bunu qeyri-etik bir iş olduğunu nəzərə alaraq, bu fikirdən daşınırıq.
"Bər-bəzəkli"
saytlara - MacroMedia Flash vasitəsilə yaradılmış saytlarda aid edilir. Məşhur
bəstəkar, pianoçu Yanninin Web saytının 1-ci variantı məhz MacroMedia Flash-də
idi. Amma bir neçə aydan sonra sayt HTML formata keçirildi. Oxucuların bir
qismi etiraz edib deyə bilərlər ki, indiki sürətli İneternet bağlantı
MacroMedia Flash-dan tam istifadə etmək imkanı verir. Amma bu zaman yaddan
çıxarırlar ki, sürətli bağlantı yalnız bir qisim ziyarətçilərdə var. Bundan
başqa "iştah dişin altında" olduğu üçün, sürətli internet bağlantı
daha "ağırçəkili" sistemlərin, o cümlədən, on line video bağlantılara
imkan açır. Bütün hallarda Web proqramçı/dizaynerlər saytları İnterenetə aşağı
sürətlə qoşulan ziyarətçiləri ödəyəcək şəkildə qurmalıdırlar. Bəzən sifarişçiyə
Web səhifənin lokal variantı göstərilir və onda belə təsəvvür yaratmaq
istəyirlər ki, bu sayt İnternetdə də bu cür işləyəcək. Bu isə fırıldaqdır...
Web dizayn sifarişçi ilə
razılaşdırılır. Amma sifarişçinin Web texnologiyalardan xəbərsiz olduğunu
nəzərə alaraq prolqramçı/dizayner Web səhifəyə yaramayan təkliflərin sonrakı
problemləri haqda sifarişçini xəbərdar etməlidirlər.
Web dizaynerlər saytın
məzmununa uyğun rəng çalarları, qrafik elementlər(loqo/baner), uyğun CSS faylı
hazırlamalıdırlar. Yəni Web səhifənin dizaynı üçün nəzərdə tutulan
texnologiyalar həmahəng bir işin ortaya çıxmasına yardımçı olmalıdır.
Admin/moderator
rejimləri
Web sayt hazırlanandan sonra,
qeyd etdimiz kimi (bax: "Proqram
Sistemləri haqqında"), bütün proqram təminatları
kimi "Ekspremental tətbiq" və "İstismar" mərhələləri
başlayır. Əgər Web sayt bu 2 mərhələnin, xüsusilə "İstismar"
mərhələsinin tələblərinə cavab vermirsə, o zaman qəti əminliklə demək olar ki,
bu Web sayt "ölü" İnternet resursa çevriləcək. Çünki, Web sayta
informasiya daxil edilmirsə və ya "passiv" şəkildə moderasiyası
aparılırsa, bu artıq, Web layihənin "işıq üzü" görmədən, uğursuzluğu
deməkdir. Bu uğursuzluğun əsas səbəbi isə Web saytın Texniki Layihəsinin düzgün
hazırlanmasında buraxılmış kobud səhvlərdir. Bu səbəbdən Web
proqramçılara və sifarişçilərə Texniki Layihədə aşağıdakı sualı cavablandırmağı
məsləhət məsləhət görürük
Web saytın
moderatorluq/adminlik vəzifəsini kim(lər) aparacaq?
Web üzrə mütəxəssis, ya adi istifadəçi?
Web üzrə mütəxəssis, ya adi istifadəçi?
Web sayt admin/modertar rejimi
adi istifadəçi üçün (MsWord-də minimal biliklərə malik olma səviyyəsi) nəzərdə
tutulmayıbsa, o zaman
- Əgər saytı orta səviyyəli Web mütəxəssis moderasiya edirsə, o zaman ilkin vaxtlar (minimal informasiya daxil edilərkən) işlər gedəcək, amma bu işin sürəti məlumatların sayının artması və saytın həcminin böyüməsilə aşağı düşəcək.
- Adi istifadəçi isə bu halda ümumiyyətlə bir şey edə bilməyəcək. Ən pis halda isə elə "özfailiyyətlə" məşğul ola bilər ki, Web sayt öz funksirnallığını itirə bilər: linklər itəcək, fayllar hara gəldi yazılacaq, konfiqurrasiya fayllarına "əl" gəzdiriləcək və bununla da saytın mühafizəsi zəiflədiləcək və s.
Bundan yeganə çıxış yolu adi
istifadəçinin moderasiya etmək imkanı olan admin/moderator rejimlərini
yaratmaqdır. Düzdür bu halda Web layihənin yerinə ilk 3 mərhələsinə əlavə güc və
maliyyə sərf olunacaq. Amma bu Web saytın uzunmüddətli və effektiv fəaliyyətinə
imkan yaradacaq.
Web səhifənin təhlükəsizlik
məsələləri
Web səhifələr yaradılarkən
haskerlərin fəaliyyəti nəzərdən qaçırılmamalıdır. Bu səbəbdən Web saytın
mühafizəsi ən aktual problemdir. Bu problemi həll etmək üçün proqramçılardan
Web təhlükəsizliyi üzrə yüksək biliklərə malik olmaq tələb olunur. Ən
sınanılmış üsul .htaccess fayllarında zəruri ssenarilərin qurulmasıdır.
Saytın ixtiyari faylına müraciətlərin yalnız bir şlüzdən keçməsinə
çalışmaq lazımdır. Bu filterdən keçən sorğuları qabaqcadan tutub, xüsusi
mühafizə skriptləri vasitəsilə analiz etməli və yalnız bundan sonra müraciətin
yerinə yetirilib/yetirilməməsinə icazə verməkdir. Sayta müraciətlərin
filtirasiyası yoxdursa, əminliklə deyə bilərik ki, gec-tez bu sayt
"söküləcək".
Web servelər hansı tələbləri
ödəməlidirlər?
Web saytın effektiv işləməsi
üçün və təhlükəsizliyinin tam təminatı üçün Web server həlledici rol oynayır.
Web saytın ideal şəkilədə tərtib olunmasına baxmayaraq, onun zəif (həm sürət,
həm proqram təminatı nöqteyi nəzərdən) serverdə yerləşməsi nəinki, Web saytın
sürətli işləməsinə, eyni zamanda təhlükəsizliyinə ciddi ziyan gətirə bilər.
Məlum olduğu kimi, Web serverlərin proqram təminatının yeni versiyalar
vaxtaşarı dəyişdirilməlidir. Məsələn, PHP 4.4.0-də tapılmış boşluqlar, bu
proqaram təminatı müəlliflərinin yeni versiyanın yaratmasına (PHP 4.4.3 ) səbəb
oldu. Web serverin öz sahibləri var və onlar bütün yenilikləri nəzərə alaraq,
yeni versiyanı yükləyirlər. Amma bəzən Web serverin sahiblərinin səhlənkarlığı
ucbatından serverdə boşluqları olan sistemlər fəaliyyət göstərir. Bu isə
gec-tez savadlı hacker tərəfindən serverin boşluğundan istifadə edərək, orda
olan saytlara, o cümlədən sizin sayta ziyan vurmasına şərait yaradır. Bu
səbəbdən Web saytın adminləri daim HACKER resurslarını və eyni zamanda server
üçün proqram təminatı hazırlayan şirkətlərin Web resurslarını nəzarətdə
saxlamalı və lazım gələrsə bu haqda Web server adminini xəbərdar etməlidir.
Məsləhət: Öz müştərisinə səhlənkar münasibət bəsləyən serverlərdə HOST götürməyin
və əgər götürmüsünüzsə tez bir zamanda oranı tərk edin.
Nəticə
Bu məqaləni aşağıdakı
nəticə-məsləhətlərlə tamamlamaq istərdim:
- Xüsusi tələb olmasa, Web səhifənin yaradılması üçün yalniz HTML/PHP/JavaScript texnologiylarından istifadə olunması məqsədəuyğundur.
- Yalnız zəruriyyət olduqda MySQL-dən istifadə edin. Bu zaman Web saytınızın ayrıca serverdə və ya heç olmazsa bir neçə HOSTu olan serverdə yerləşdirin.
- İri həcmli mətnləri və qrafik obyektələri MySQL-də yerləşdirməyin
- Xüsusi mühafizə tələb edən Web səhifəyə müraciəti HTTPS protokolu əsasında həyata keçirin.
- Texniki Layihəni hazırlayarkən Web səhifənin dinamik və ya statik olmasını dəqiqləşdirin.
- Menyu kimi istifadə etdiyiniz skriptlərin müxtəlif brovserlərdə işləməsinə əmin olmalısınız. Bundan başqa belə skriptlər arasında ən sürətli və xüsusi hallarda az səhv edən JS skriptlərinə üstünlük verin.
- Saytın effektiv funksionallığını mürəkkəb Web dizayna qurban verməyin. Web səhifəni ən aşağı texniki imkanlı müştərilər üçün nəzərdə tutun.
- Web səhifənin admin/moderator rejimi minimal biliklərə malik istifadəçi üçün nəzərdə tutlmalıdır.
- Web səhifə üçün ən əsas tələb onun mühafizəsinin yüksək səviyyədə təşkil olanmusındadır. Bu işə Web proqramçılar bir başa məsuldurlar.
- Müştərilərinə lazımi (həm sürət, həm mühafizə nöqteyi nəzərdən) servislər verməyən və ümumiyyətlə Web server adminlik vəzifələrini ciddi şəkilədə pozan HOSTinq xidmətindən istifadə etməyin, əgər edirsinizsə o zaman təcili o serveri tərk edin.
Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)
YanıtlaSil