1 Kasım 2012 Perşembe

web sayt


WEB SAYTLAR: YARADILMA VƏ
YAYILMA ÜSULLARI

1989-cu ildə amerikan texniki Tim Berners Li tərəfindən irəli sürülmüş «hipermətn» prinsipi və sonradan HTML dilinin və HTTP protokolunun yaradılması kompüter informasiya texnologiyasında yeni istiqamətin-Web texnologiyasının əsasını qoydu. Bunun nəticəsində İnternetin yeni xidmət növü – World Wide Web (ümumdünya hörümçək toru) və ya WWW xidməti
təşəkkül tapdı və İnternet rahat və əlverişli informasiya mübadiləsi və ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də böyük informasiya mənbəyinə çevrildi. Bu gün WWW xidməti vasitəsilə praktiki olaraq bütün mövzularda informasiya əldə etmək olar. İnformasiya əsasən Web-saytlar formasında istifadəçilərə təklif olunur.
Web- saytlar bir-birilə əlaqəsi olan və vahid mövzuya həsr olunmuş Web-səhifələr sistemidir. Hər bir Web-sayt unikal URL1
ünvanına malik olur. İnformasiyanın axtarışı və sənədə istinad bu ünvan əsasında həyata keçirilir.
Web-saytlar əsasən HTML, XML2 və XMTL dilləri əsasında yaradılır. Son illər saytların yaradılmasında həmçinin aşağıdakı müasir Web texnologiyalardan geniş istifadə edilir:
• JavaScrpit
• VbasicScript
• CGİ (Common Gateway Interface)
• ASP
• PHP
• Macromedia Flash3
• CSS
Müasir Web texnologiyalar saytların funksiyalarını genişləndirir, onlara dinamizm verir, gözəl tərtibat effektlərinin yaradılmasını, istifadəçi və informasiya mənbəyi arasında interaktiv əlaqəni təmin edir.








1 URL-Universal Resource Locator (Ehtiyatların universal göstəricisi)
2 2000-ci ildə World Wide Web Consortium tərəfindən yaradılmışdır.
3 Bu texnologiyanın vasitəsilə kiçik həcmli, yüksək keyfiyyətli interaktiv
animasiya yaradılır.
        













Saytın yaradılmasında əsasən 2 tip proqramlardan:
HTML və ya XMTL redaktorlardanWYSIWYG prinsipi ilə işləyən Web redaktorlardan (məsələn: FrontPage, Macromedia Dreamweaver MX və s.) istifadə olunur. Sayt yaradan şəxslər–Web dizaynerlər bu proqramları dərindən bilməklə yanaşı, həm də yüksək bədii yaradıcılıq qabiliyyətinə malik olmalıdır. Belə ki, sayt informasiyanı istifadəçiyə dolğun çatdırmaq və istifadəçinin estetik zövqünü «oxşamaq» üçün gözəl tərtibatla yaradılmalıdır. Bu məqsədlə saytların yaradılmasında Web qrafika elementlərindən: şəkillərdən, diaqram və qrafiklərdən,
animasiyalı təsvirlərdən, səs və video fayllardan və s. Geniş istifadə olunur. Qeyd edək ki, İnternetdə sürətli informasiya mübadiləsini təmin etmək üçün xüsusi Web qrafika, səs və video formatlarından istifadə olunur. Web qrafika formatı
olaraq Эиф, Жпеэ, Жпэ, Пнэ, səs formatı olaraq Au,Мп-3, Rmx, Rmj, video formatı olaraq Avi, Мpeg-3,Mov, Swf, Spl və s. formatlarından istifadə olunur. Web
qrafika elementlərini yaratmaq üçün xüsusi dizayn proqramları, məsələn Ulead Gif Animator, 3D-Xara, XaraWeb Style və s.,  bir sıra rəsm redaktorlarının, məsələn, PhotoShop, Corel Photo Paint və s. xüsusi utilitləri tətbiq olunur. Web-saytlar iki formada: statik və dinamik saytlar  şəklində yaradılır. Statik saytlar əsasən istifadəçiyə konkret informasiyanı çatdırmaq funksiyasını yerinə yetirir. Dinamik
saytlar istifadəçi ilə informasiya mənbəyi arasında interaktiv əlaqəni təmin edir. Çatlar, Web forumlar, Internet mağazalar, elan lövhələri, qonaq kitabları, axtarış və reytinq sistemləri və s. dinamik saytlar şəklində yaradılır. Dinamik saytlar «klientserver » arxitekturası əsasında fəaliyyət göstərir. Belə ki, klient
kimi Web brauzer (məsələn, İntenet Explorer, Opera və s.), server kimi Web server və verilənlər bazası serveri çıxış edir. Brauzer vasitəsilə istifadəçinin göndərdiyi məlumatı Web server təhlil edərək, server əlavəsinə ötürür. Server əlavəsi göndərilmiş məlumat əsasında verilənlər bazası serverində axtarış və verilənlər
üzərində nəzərdə tutulmuş əməliyyatları yerinə yetirir. Sonrakı addımda server əlavəsi aparılmış əməliyyatların nəticəsini brauzerin qəbul etdiyi formata çevirib Web serverə, o isə öz növbəsində Web brauzerə göndərir. Bu səbəbdən dinamik saytlar mütləq, istifadəçinin informasiyasını Web serverə çatdıracaq
forma ilə təchiz edilmiş Web-səhifəyə və bu informasiya əsasında verilənlər bazasında əməliyyat aparan və nəticəni istifadəçiyə çatdıran server əlavəsinə malik olmalıdır. Bu gün server əlavəsi əsasən, CGİ, ASP, PHP texnologiyaları tətbiq
edilməklə yaradılır. CGİ texnologiyası nisbətən daha əvvəllər tətbiq edilmişdir. Bu səbəbdən İnternetdə bu texnologiyaya əsaslanan dinamik saytlar çoxluq təşkil edir. CGİ texnologiyasının əsas üstünlüyü onun klient proqram təminatından asılı olmamasıdır. Bu texnologiyanı praktiki olaraq, istənilən versiyalı
brauzerlər qəbul edir. Lakin, CGİ texnologiyası kompüterin system resurslarına cox tələbkardır. Proqram təminatı bazarında təklif olunan CGİ tipli server əlavələrinin əksəriyyəti kompilyasiya olunmuş proqram modullarından- exe genişlənməsinə malik fayllardan ibarətdir. CGİ texnologiyası əsasında yaradılan dinamik sayt aşağıdakı prinsip əsasında fəaliyyət göstərir:
• Web-səhifə istifadəçinin informasiyası ilə yanaşı
verilənlər bazasında əməliyyat aparmaq üçün müvafiq CGİ
əlavəsinin adını Web serverə göndərir.
• Web server öz növbəsində həmin adda CGİ əlavəsinin
icra olunmasını təmin edir.
• CGİ əlavəsi verilənlər bazası serverində müəyyən
əməliyyatlar apararaq yekun Web-səhifəni Web serverə
qaytarır.
Məsələn, Bakı Dövlət Universitetinin Elmi kitabxanasının elektron kataloqu CGI texnologiyası əsasında hazırlanmışdır və kitabxananın elektron biblioqrafik məlumat bazasında On-Line axtarışı təmin edir1. Kataloqun ana səhifəsində istifadəçi öz sorğusunu formalaşdırır, yəni axtarış üçün zəruri məlumatları daxil edir. Axtar düyməsini sıxdıqda bu  məlumatlar və CGI əlavəsinin ünvanı Web serverə göndərilir.Nəticədə, OPACServlet.exe əlavəsi yerinə yetirilərək oxucu
sorğusunun cavabı OPACResultSimp.html səhifəsi vasitəsilə
oxucuya çatdırılır. ASP (Active Server Pages; serverin aktiv səhifələri)
texnologiyası MicroSoft firması tərəfindən yaradılmışdır. Websəhifəni
ASP texnologiyasının tətbiqi ilə interaktiv etmək üçün Web-səhifədən makrodildə yazılmış skriptə2  müraciət etmək lazımdır. Skript bilavasitə serverdə yerləşir və interpretasiya olunur. Məhz bundan sonra istifadəçi brauzerinə ASP skriptinin
işinin nəticələri ilə birlikdə artıq hazır HTML-sənədi göndərilir. Ona görə də haqlı olaraq qeyd edilir ki, ASP texnologiyasını tətbiq etmək üçün istifadəçi kompüterində hansı proqram təminatının olmasının heç bir mənası yoxdur. Ancaq ASP-nin istifadə olunacağı Web serverin tipinin müəyyənləşdirilməsinin
böyük əhəmiyyəti vardır. Belə ki, onların heç də hamısı bu
texnologiyanı qəbul etmir. PHP texnologiyası da Web-səhifədə yerləşdirilmiş skriptə müraciət əsasında fəaliyyət göstərir. Skript PHP (Personal Home Page tools)3 dilində hazırlanmış xüsusi proqram kodudur və serverdə yerləşən Web əlavəyə-HTML sənədinə alt proqram kimi daxil edilir. Brauzer vasitəsilə skriptə müraciət olduqda, kod interpretasiya olunur. Məhz bundan sonra istifadəçi
brauzerinə PHP ssenarisinin işinin nəticələri ilə birlikdə artıq hazır HTML-sənədi göndərilir. Qeyd edək ki, bu texnologiya əsasən MySQL bazasından informasiyanın istifadəçiyə çatdırılması üçün geniş tətbiq olunur. Web-saytların İnternetdə yayımını təşkil etmək üçün o Web serverlərdə yerləşdirilməlidir. Bunun üçün istifadəçi Web host-a malik olmalıdır. Yəni o Web serverlərdə xüsusi disk
sahəsi icarəyə götürməlidir. İki növ Web hosta malik olmaq olar: pullu və pulsuz. Bir sıra saytlar məsələn www.boom.ru,   www.narod.ru, www.chat.ru və s. pulsuz Web host təklif edirlər. Bunun üçün istifadəçi sayta daxil olub, qeydiyyatdan
keçməli, öz saytını «usta rejimi» və şablonlar vasitəsilə yenidən
yaratmalı və ya hazır saytı FTP protokolu ilə serverə  göndərməlidir. Bu xidmətin müqabilində firmalar pulsuz  saytlarda reklam banerləri yerləşdirirlər. Bu da çox zaman istifadəçini qane etmir. Yayımın pullu forması müəyyən ödəniş əsasında, Web-saytın provayderin və ya Web host təklif edən firmaların Web serverlərində yerləşdirilməsini nəzərdə






1http://www.bsu.az/lib/cgi1/marc/opacform.html ünvanlı sayta müra-ciət
etməklə oxucular elektron kataloqdan istifadə edə bilərlər.
2 Java Script və Vbasic Script dilində yazılır.
3 PHP PERL-i xatırladan interpretasiya dilidir.




SQL Nədir ?


SQL (Structured Query Language) – Verilənlər bazası dilidir. Tərcümədə "Strukturlaşmış Sorğu Dili" deməkdir. Sql əlaqəli VB sorğu dilidir. Proqramçılar və VB istifadəçiləri VB-na verilənləri yazarkən, silərkən, yeniləyəndə və ya sorğulayanda bu dildən istifadə edirlər. Yəni SQL ilə yalnız VB üzərində iş görmək olar. Microsoft SQL Server - verilənlər bazası sahəsində uzun müddətli fəaliyyət nəticəsində hazırlanmış verilənlər bazası idarəetmə sistemidir. Proqram server üzərində işləyir və çox sayda istifadəçiyə xidmət göstərir.
MSSQL-in Əsas Xüsusiyyətləri
- Verilənlər Bazası İdarəetmə Sistemidir
- Müştəri/Server arxitekturasına malikdir
- Əlaqəli struktura malikdir
- Məlumatın emalı vasitələrinə malikdir
- Proqram hazırlamağa açıq mühitdir
- (Bu beş xüsusiyyət SQL Server-lərin əsas xüsusiyyətləridir)
- Genişləndirilmiş arxitektura, bir və ya daha çox prosessor üzərində işləyə bilər və gələcək istəklərə cavab verə bilər
- Etibarlı və Təhlükəsiz emal sistem zədələnmələrinə və məlumat itkisinə qarşı tam müdafiəni təmin edir
- Hər Cədvəl üzrə 4TB məlumat saxlaya bilir
- Maddi dəyəri yüksək bir sistemdir
- Ən böyük mənfi cəhəti isə təkcə Windows üzərində işləyə bilməsidir


Tarixi

Dünyada ilk veb-sayt 6 avqust 1991-ci ildə Tim Barners-Li (Tim Burners-Lee) tərəfindən yaradılmışdır. Həmin saytda o, World Wide Web (WWW) yeni texnologiyası haqqında ümumi anlayış verərək, URL ünvanlaşma sistemi və HTML dili haqqında danışır. Həmin saytda veb-serverlərin və veb brauzerlərin (veb səyyahların) qurulması və işi ilə bağlı da informasiya verilirdi. Həmin sayt dünyada ilk İnternet-kataloqdur. Belə ki, Tim Barners-Li burada digər saytlara keçidlərin siyahısını da göstərdi.
Tim Barners-Li hesab edirdi ki, hipermətnlərdən istifadə etməklə şəbəkələrdə informasiya mübadiləsini çox sürətlə və effektiv aparmaq mümkündür. Bu ideyanı həyata keçirmək üçün o, hələ 1980-cı ildə Enquire proqram təminatını yaratdı. 1991-ci ildə CERN-də WWW standartı təsdiq olundu. Tim Barners-Li veb-texnologiyasının – HTTP, URI/URL  HTML atası hesab edilir










Hiç yorum yok:

Yorum Gönder