MS-DOS əməliyyat sistemi
İnformatikanın mhüm
hissələrindən biri də əməliyyat sistemləridir. Əməliyyat sistemi dedikdə
kompüter resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını, onların
xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin də,
istifadəçi ilə kömpüter arasındakı dialoqu təmin edən proqram vasitələrinin
məcmusudur. Bu sistemlər-informasiyanın emalının idarə olunmasını və aparat
vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. Əməliyyat
sistemlərinin əsas funksiyalarından biri informasiyanın daxil və xaricetmə
prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi
proqramın idarə edilməsidir.
Ən mühüm əməliyyat
sistemlərindən biri də MS-DOS-dur. Bu əməliyyat sistemi 1981-ci ildə ABŞ-da İBM
PC kompüterilə ilə eyni avxtda meydana gəlmişdir. Sistemin yaradıcısı müasir
dövrdə ən çox gəlir gətirən firma olan Microsoft firmasıdır.
MS-DOS əməliyyat
sistemi birməsələli (birtapşırıqlı) əməliyyat sistemidir. Bu əməliyyat sistemi
sistem vasitələrinə çox asanlıqla uyğunlaşır. Bunun səbəbi onun giriş və
çıxışın baza sisteminin genişləndirilmə üçün açıq sistem olmasıdır. Bu
xüsusiyyət imkan verir ki, istifadəçi öz sistem proqramlarını yazıb əməliyyat
sisteminin standart proqramları siyahıya əlavə etsin.
MS-DOS əməliyyat
sisteminin bir neçə xüsusiyyəti var:kompüterlə əlaqə istifadəçinin daxil etdiyi
əmrlərin köməyi ilə yerinə yetirilməsi,asanlıqla digər kompüterlərə keçirilməsi
və çox da böyük olmayan yaddaş (640 kb) tələb etməsi.
MS-DOS əməliyyat
sistemi prqoramlarının icrasının yerinə yetirilməsi, fərdi kompüter
resurslarının idarə edilməsi, prosessorun və fərdi kompüterin xarici
qurğularının iştirakı ilə informasiya emalının təşkili, xarici yaddaşda
informasiyanın saxlanması və disklərə xidmət işinin yerinə yetirilməsi kimi
funksiyaları yerinə yetirən kompleks proqramlara malikdir.
MS-DOS əməliyyat sistemi fayl sistemi, xarici qurğuların
drayveri və əmrlər prosessoru kimi əsas hissələrdən ibarətdir. Fayl sistemi
faylların özlərindən başqa, onların adlarının yaradılması qaydaları, onlara
müraciət üsullarını, faylların disklərdə saxlanılmasını özündə birləşdirir.
Xarici qurğuların drayveri fərdi kompüterin xarici qurğularının idarəolunmasını
həyata keçirən xüsusi tip proqramlardır. Əmr dilinin prosessoru istifadəçi ilə
fərdi kompüter arasında qarşılıqlı əlaqəni həyata keçirən, əməliyyat sisteminin
COMMAND.COM adlanan faylıdır.
MS-DOS əməliyyat
sistemi aşağıdakı əsas komponentlərdən ibarətdir:
1) giriş-çıxışının baza sistemi (BİOS)
2) ilkin yükləmə modulu (boot record)
3) BİOS-un genişləndirilməsi modulu (...BİO.COM)
4) kəsilmələrin işlənməsi modulu (...DOS.COM)
5) əmr dilinin prosessoru (COMMAND.COM)
6) utilitlər (print.com, format.com və s.)
Bu komponentlərə MS-DOS-un modulları da
deyilir.
Əsas komponentlərdən sayılan BİOS aparat
proqram təşkilinə malikdir. O, daimi yaddaş qurğusunda yerləşir, sistem blokun
üzərinə qoyulur. Yerdə qalan digər modullar isə diskdə ola bilərlər.
Boot-record həmişə ixtiyari diskin 0 nömrəli sektorunun 0 saylı cığırında
yerləşdirlir.
...BİO.COM və ...DOS.COM modulları da
disk yaddaşının müəyyən sahəsində yerləşdirilir. Disk formatlaşdırılarkən bu
sahə əməliyyat sisteminin modullarını yazmaq üçün ehtiyata alır. Sonradan bu
sahəyə istifadəçi proqramları və utilitləri yazıla bilmirlər. Bu xüsusiyyəti
isə əməliyyat sistemini təsadüfi korlanmalardan xilas edir. COMMAND.COM adi
fayl kimi diskə yazılır.Əmə... liyyat sisteminin bütün modulları əsasən sistem
diskində saxlanılırlar. Onlardan fərqli olaraq, utilitlər isə ixtiyari diskdə
saxlanıla bilərlər.
MS DOS
əməliyyat sistemi və onun əsas modulları
MS-DOS (Microsoft Disk Operating System —
Microsoftdan disklər üçün yaradılmış bir əməliyyat sistemi). MS_DOS - DOS
ailəsinə aid olan ən məşhur əməliyyat sistemidir, əvvəllər İBM PC -
komputerlərində istifadə edilirdi. Zamanla dəyişdirilərək HYPERLINK "http://az.wikipedia.org/w/index.php?title=Windows_9x&action=edit&redlin
k=1" o "Windows 9x (səhifə mövcud deyil)" Windows 9x və
HYPERLINK "http://az.wikipedia.org/wiki/Windows_NT" o "Windows
NT" Windows NT -yə uyğunlaşdırılır.
MS_DOS 1981-ci ildə yaradılmışdır. Öz inkişafı
mərhələsində onun 8 əsas versiyası buraxılmışdır (1.0, 2.0 və s.)və 20 ədəd
başqa versiyası (3.1, 3.2 və s.). 2000-ci ildə kompaniya onun istehsalını
dayandırdı.
DOS ailəsinin əməliyyat sistemləri
birməsələlidir və aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir:
istifadəçi tərəfindən daxil edilən əmrlərin
köməyilə intefeys həyata keçirilir;
sistemin IBM tipli müxtəlif kompüterlərdə
işləməsini tə'min etmək uçün struktur modulluğu;
sistemin işləməsi üçün nisbətən kiçik ölçülü
əməli yaddaş (640 kbayt).
DOS ailəsindən olan əməliyyat sistemlərinin
mühüm çatışmazlığı fərdi kompüter resurslarına və ƏS-nə icazəsiz müraciətdən
mühafizə vasitələrinin olmamasıdır.
Tarixi
1980-ci ildə HYPERLINK
"http://az.wikipedia.org/w/index.php?title=Seattle_Computer&action=edit&
redlink=1" o "Seattle Computer (səhifə mövcud deyil)" Seattle
Computer Productsdə işləyən Timon Paterson HYPERLINK
"http://az.wikipedia.org/w/index.php?title=QDOS&action=edit&redlink=1"
o "QDOS (səhifə mövcud deyil)" QDOSu (Quick and Dirty Operating
System)yaratdı. Bu mehsul SCP-yə 86-DOS adı ilə satılırdı çünki İntel8086
prosessoru üçün yaradılmışdı. əslində QDOS öz bazasını o zamanlar məşhur
əməliyyat sistemlərindən olan - Digital Research firması tərəfinfən yaradılmış
CP/M - dən götürürdü, amma başqa fayl sistemindən istifadə edirdi.Microsoft
firması QDOS-un liçenziyasını əldə etdi və 1980-сi ilin dekabrında 50000$-a
İBM-ə satdı. 1981-ci ildə isə onun istifadəsini bütün hüquqları ilə bir yerdə
aldı.
MS_DOS əməliyyat sistemi x86 prosessorunda
işləyir və 1 anda 1 əməliyyatı yerinə yetirə biləcək gücdədir. MS_DOS əməliiyat
sistemi istifadəcilərə yalnızca əmr xəttinin interfeysindən istifadə etməyə
icazə verdiyi üçün əlavə örtük proqramlar yaradılıb. Bunlar HYPERLINK
"http://az.wikipedia.org/w/index.php?title=Norton&action=edit&redlink=1"
o "Norton (səhifə mövcud deyil)" Norton Commander, Volkov Commander,
DOS Navigator və MS-DOS Shell (DOSSHELL)-dir.
Əsas Hissələri
IO.SYS - Genişlənməsi BIOS
MSDOS.SYS - Arakəsmələrin işlənməsi
COMMAND.COM - komanda prosessoru
Quraşdırma faylları:
CONFIG.SYS — MSDOS.SYS-in inisializasiyası
zamanı sistemin quraşdırılması və aparatlara sürücülərin (Driver) yüklənməsi.
AUTOEXEC.BAT — Başlanğıc paket faylı. MS_DOS
yüklənən zaman COMMAND.COM işə düşərkən başlayır.
Sistem proqram tə'minatı (SPT) kompüterdə informasiyanın e'malı prosesinin təşkili ilə yanaşı, tətbiqi
proqramlar üçün normal mühiti tə'min edir. SPT kompüterin aparat vasitələri ilə
sıx əlaqədə olduğundan, bə'zən onu kompüterin bir hissəsi də hesab edirlər.
əməliyyat sistemləri SPT-nın əsas tərkib
hissəsidir.
Əməliyyat sistemi (ƏS) kompüter resurslarını
idarə edən, tətbiqi proqramların işə salınmasını, onların xarici qurğular və
digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə kompüter
arasındakı dialoqu tə'min edə... n proqram vasitələrinin
məcmusudur. Resurs dedikdə kompüterin istənilən komponenti- mərkəzi prosessor,
əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. başa düşülür.
Hiç yorum yok:
Yorum Gönder